Qarabağ veteranları arasında turnir keçiriləcək
19 Noyabr 2014 17:03 İdmanGənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, Milli Paralimpiya Komitəsi və "Əlil İdmançılara dəstək" İctimai Birliyinin dəstəyi ilə Azərbaycan Peyntbol Federasiyası tərəfindən Qarabağ müharibəsi veteranları və əlilliyi olan şəxslər arasında Peyntbol turniri keçiriləcək. "OLAYLAR"-ın GİN-ə istinadən verdiyi xəbərə görə, turnir noyabrın 22-də, Novxanı AF oteldə baş tutacaq. Paralimpiya Komitəsinin və Peyntbol Federasiyasının rəhbərinin də iştirak edəcəkləri aşılış mərasimində, turnirin təsdiq edilmiş rəsmi əsasnaməsinə görə Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş və Azərbaycan Respublikasının qanunlarına əsasən fəaliyyət göstərən bütün müharibə veteranları və əlilliyi olan şəxslər iştirak edəcəklər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31