Türkiyədən Azərbaycana söz
Akif Çağatay: "Rəbbim can Azərbaycana bu çətin yolda köməkçisi olsun"
19 Noyabr 2014 12:55 İdmanTürkiyə Azərbaycana söz verdi. ANS PRESS-in məlumatına görə, sözü İstanbulun Çırağan sarayında keçirilən "Bakı-2015" ilk Avropa oyunlarının növbəti təqdimatına qatılan bu ölkənin idman və gənclik naziri Akif Çağatay Kılıç verib. O, Türkiyənin beynəlxalq arenada qazandığı təcrübəni Azərbaycan ilə bölüşməyə və hər sahədə dəstəyə hazır olduqlarını deyib. "Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı böyük həyəcan içərisindəyik. Bu işə elə yanaşırıq ki, sanki oyunlar Türkiyədə keçiriləcək. Daha öncə Türkiyənin beynəlxalq təşkilatçılıqda əldə etdiyi təcrübələri nə zaman istəsəniz paylaşmağa və hər sahədə dəstəyə hazırıq". Nazir deyib ki, bunlar simvolik anlaşılan ziyarətlər olsa da, əslində dərin mənaya malikdir, dostluq, qardaşlığın ən böyük nişanəsidir. O, qeyd edib ki, Türkiyə yardıma ehtiyacı olarsa azərbaycanlı qardaşlarının yanlarında olduğunu bilir və bu onlara güvən hissi verir. "Rəbbim can Azərbaycana bu çətin və gözəl yolda kömək olsun".