"Azəri Buffon" "Roma"ya transfer olunur
Emil Balayev İtaliyanın A seriyası yolunda
19 Noyabr 2014 12:52 İdmanBakının "Neftçi" futbol klubunun gənc qolkiperi Emil Balayev karyerasını İtaliyanın A seriyasında davam etdirə bilər. Anspress-in məlumatına görə, "Azəri Buffon" ləqəbi ilə tanınan qapıçının Avropanın aparıcı klublarının hədəfində olduğu deyilir. Bu klubların içərisində İtaliyanın "Roma" klubunun futbolçunu transfer etməkdə daha istəkli olduğu deyilir. "Roma"nın bir vaxtlar "Qalatasaray"ın formasını geyinmiş Morqan De Sanktisin yaxın günlərdə karyerasını başa vuracağını və ona əvəzləyici kimi Emil Balayevin kluba gətiriləcəyi bildirilir. "Neftçi" ilə müqaviləsi bu ilin dekabr ayında bitəcək qapıçının "Roma"nın skautları tərəfindən yaxından izlənildiyi bildirilir.
Qeyd edək ki, 20 yaşlı qolkiper bir vaxtlar Türkiyə klublarının da maraq dairəsindədir.