Məşhur klubun prezidenti polis nəzarətində

Fransanın köklü klublarından olan "Marsel"in prezidenti Vensan Labrun polis nəzarətinə götürülüb. Lent.az-ın məlumatına görə, adıçəkilən klub rəsmisi hücumçu Andre-Pyer Jinyakın transferində yanlışlığa yol verib. Daha dəqiq desək, 2010-cu ildə 16 milyon avro qarşılığında baş tutan transfer zamanı Labrun, həmçinin "Marsel"in sabiq rəhbəri Jan-Klod Dassye və idarəçilərindən olan Filipp Peres pul mənimsəməkdə təqsirli bilinir. Qeyd edək ki, həmin vaxt Labrun klubda maliyyə məsələləri üzrə məsul şəxs idi. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31