FİFA "Real"a təzminat ödəyəcək

FİFA Luka Modriçin klubu "Real"a təzminat ödəyəcək.Milli.Az qol.az-a istinadən xəbər verir ki, yeni qaydalara əsasən, dünyanın ali futbol qurumu "Avro-2016"da zədələnən oyunçulara maddi təzminat ödəməlidir. Xorvatiya millisinin futbolçusu L.Modriç ən azı 3 ay yaşıl meydanlardan uzaq qalacağı üçün FİFA Madrid klubuna 1.6 milyon avro ödəyəcək.Qeyd edək ki, L.Modriç "Avro-2016"nın seçmə mərhələsində İtaliyaya qarşı matçda zədələnib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31