“İnter” xaricdən hücumçu gətirir
18 Noyabr 2014 20:00 İdmanBakının "İnter" klubu hücum xəttindəki problemi aradan qaldırmaq üçün yeni futbolçu almaq fikrindədir. Bu haqda Qol.Az-a komandanın baş məşqçisi Kaxaber Szadadze məlumat verib. Onun sözlərinə görə, Baçana Sxadadze zədəli, digər hücumçuların isə oyununda problem olduğu üçün komandaya yeni hücumçunun alınması zərurəti yaranıb. Gürcüstanlı mütəxəssis bildirib ki, yaxın vaxtlarda xaricdən bir hücumçu baxışa gələcək. "Əgər onun oyununu bəyənsək, müqavilə bağlayacağıq". K.Sxadadze baxışa gələcək futbolçunun adını açıqlamayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31