Azərbaycan çempionu çətin sınaq qarşısında
"Araz" sabah "Dina", noyabrın 21-də isə "Xrudim"lə qarşılaşacaq
18 Noyabr 2014 19:30 İdmanBu gün Çexiyanın Pardubitse şəhərində futzal üzrə UEFA Kubokunun elit-raundunun B qrupunda ilk turun qarşılaşmaları keçiriləcək. Anspress-in məlumatına görə, Azərbaycan çempionu "Araz" ilk görüşdə Slovakiyanın "Slov-Matiç" kollektivi ilə üz-üzə gələcək. Çexiyanın Pardubice şəhərindəki "CEZ Arena"da keçiriləcək matçın start fiti Bakı vaxtı ilə saat 18.30-da başlayacaq. Qrupun digər oyununda isə yerli "Xrudim" və Rusiyanın "Dina" klubları qarşılaşacaq. Bu oyun Bakı vaxtı ilə saat 21.00-da başlayacaq.
Qeyd edək ki, "Araz" sabah "Dina", noyabrın 21-də isə "Xrudim"lə qarşılaşacaq.
UEFA Kuboku
Elit-raund
B qrupu
18 noyabr
18.30 Araz (Azərbaycan) - Slov-Matiç (Slovakiya)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31