“Real” şokda: Modriçin zədəsi ciddidir

Avro-2016-nın seçmə mərhələsində İtaliya ilə matçda zədələnən Xorvatiya yığmasının futbolçusu Luka Modriçin zədəsi gözləniləndən ciddidir. Lent.az-ın məlumatına görə, təkrar tibbi müayinədən keçən 29 yaşlı yarımmüdafiəçinin 3-4 ay yaşıl meydanlardan uzaq qalacağı bəlli olub. Halbuki Modriçin 1 ay futbol oynamayacağı güman edilirdi. Bu xəbər Madrid "Real"ının rəhbərliyini də əməlli-başlı məyus edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31