Tərbiyyə müəssisəsində futbol yarışı keçirilib
18 Noyabr 2014 13:45 İdmanBakı Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə "Uşaq hüquqları aylığı" çərçivəsində 17 Noyabr - "Milli dirçəliş günü" münasibəti ilə məhkumlarla Bakı şəhəri Nərimanov rayonunun yeniyetmələrindən ibarət "Gənclik" komandası arasında futbol oyunu keçirilib. Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, məhkumların asudə vaxtlarının səmərəli təşkili və idmana maraqlarının artırılması məqsədi ilə təşkil olunan tədbirdə Bakı Şəhər Gənclər və İdman İdarəsinin əməkdaşları Salman Əbdülov, Cəlil Əlizadə və Nəcəf Novruzov iştirak ediblər. Gərgin mübarizədən sonra məhkumlardan ibarət futbol komandası I yerə layiq görülüb. Qaliblərə diplom və hədiyyələr təqdim edilib. Keçirilən tədbir məhkumlar tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb.