Hakimlərimiz “Şaxtyor” – “Atletik Bilbao” oyununu idarə edəcək

FIFA referisi Rəhim Həsənov yeni təyinat alıb. UEFA Çempionlar Liqasının qrup mərhələsində çıxış edən klubların gənclərdən ibarət komandaları arasında təşkil olunan UEFA Gənclər Liqası turnirinin H qrupunda noyabrın 25-də, Ukraynanın Lvov şəhərində keçiriləcək "Şaxtyor" (Donetsk, Ukrayna) - "Atletik Bilbao" (İspaniya) oyununun baş hakimi Rəhim Həsənov olacaq. Trend-in AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, ona Yaşar Abbasov və Nahid Əliyev kömək edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31