Azərbaycanlı hakim UEFA kubokunun elit raundunda

FİFA referisi Ramil Namazov futzal üzrə UEFA kubokunun elit-raund mərhələsinin C qrupunun oyunlarına təyinat alıb.  Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, oyunlar noyabrın 19-dan - 24-dək Qazaxıstanın Almatı şəhərində keçiriləcək. Bu qrupda Qazaxıstan çempionu "Kayrat"la yanaşı Estoniyanın "Nikars", Serbiyanın "Ekonomac" və Fransanın "Sportinq Paris" klubları mübarizə aparacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31