Volkan Dəmirəl stadionu tərk etməsinin səbəbini açıqladı

Türkiyə millisinin qapıçısı Volkan Dəmirəl "Avro-2016"nın seçmə mərhələsində Qazaxıstanla görüşdə oynamaqdan imtina etməsinin səbəbini açıqlayıb. Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, təcrübəli qolkiper azarkeşlərin təhqirlərinə məruz qaldıqdan sonra baş məşqçisi Fatih Terimin yanına gedərək "Türk Telekom Arena"da oynamaq istəmədiyini bildirib: "İcazə versəniz, oynamaq istəmirəm. Nə həyat yoldaşım, nə uşağım, nə də ailəm qaldı. Mənə edilməyən təhqir qalmadı. Psixoloji cəhətdən belə ağır təhqir edənlərin qarşısına çıxaraq futbol oynamağa hazır deyiləm. Komandaya faydadan daha çox ziyan verərəm. Ancaq yenə də siz istəsəniz, oynayaram".

Qeyd edək ki, Qazaxıstanla görüşdən öncə isinmə hərəkətləri yerinə yetirən Volkan bir qrup azarkeşin təhqirlərindən sonra stadionu tərk edərək evinə yollanmışdı. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31