Azərbaycan futbolunda yenilik: Məşqçilər Komitəsi yaradılır
14 Noyabr 2014 19:20 İdmanAzərbaycanda Məşqçilər Komitəsi yaradılır. Bu barədə Trend AFFA-ya istinadən məlumat verir. AFFA prezidentinin əmrinə əsasən, assosiasiyada daim fəaliyyət göstərən Məşqçilər Komitəsi yaradılacaq.
Bununla əlaqədar olaraq Baş katibliyə tapşırılır:
1. Məşqçilər Komitəsinin Əsasnaməsinin hazırlanması;
2. Məşqçilər Komitəsinin iş prinsipinin müəyyənləşdirilməsi;
3. Məşqçilər Komitəsinin üzvlüyünə namizədlərin siyahısının hazırlanması;
4. Məşqçilər Komitəsi namizədlərin iştirakı ilə operativ olaraq fəaliyyətə başlasın;
5. Məşqçilər Komitəsinin təsdiqi İcraiyyə Komitəsinin növbəti iclasının gündəliyinə salınsın.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31