Del Pyero təbrikə azərbaycanca cavab verdi

Tanınmış futbolçu, hazırda Hindistanın "Dehli Dinamos" klubunda çıxış edən Alessandro del Pyero maraqlı addımı ilə diqqət çəkib. Lent.az-ın məlumatına görə, noyabrın 9-da 40 yaşı tamam olan italyan yarımmüdafiəçi "facebook" sosial şəbəkəsində onu təbrik edən insanlara minnətdarlığını bildirib. Maraqlıdır ki, del Pyero dünyanın ayrı-ayrı yerlərindən onu təbrik edənlərə 100 müxtəlif dildə minnətdarlığını bildirdiyi plakatla cavab verib. Plakatda Azərbaycan dilində "təşəkkür" sözü də yer alıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31