Bu gün "Bakı" klubunun öz futbolçularına olan borcunun bir hissəsi ödənilib. Bu haqda Qol.Az saytına klubun icraçı direktoru Yaşar Seyidov məlumat verib. Onun sözlərinə görə, bu gün "Neftçi"yə qarşı keçirilən yoxlama oyunundan sonra futbolçulara bir aylıq borc ödənilib. Y.Seyidov daha bir neçə ayın borcunun da yaxın vaxtlarda veriləcəyini deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31