Məşhur basketbolçu İslam dinini qəbul etdi

ABŞ-ın "Klivlend Kavalires" basketbol klubunun məşhur oyunçusu Daven Vitters İslam dinini qəbil edib. "US Today"-ın məlumatına görə, bundan sonra basketbolçu ilə baş məşqçi arasında konflikt yaranıb. Çünki Vitter müsəlman olduqdan sonra keçirilən qarşılaşmalarda ABŞ-ın dövlət himni səsləndirərkən soyunub-geyinmə otağına yollanıb. Lakin oyunçu Amerika Basketbol Assosasiyasına (NBA) ünvanladığı müraciətində bunun yeni dini etiqadı ilə əlaqədar olmadığını bildirib. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31