UEFA Çakırı Belqrada göndərir
13 Noyabr 2014 19:05 İdmanTürkiyəli hakim Cüneyt Çakır UEFA-dan yeni təyinat alıb. Lent.az-ın məlumatına görə, təcrübəli referi Avro-2016-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Serbiya - Danimarka oyununu idarə edəcək. Belqradda baş tutacaq qarşılaşmada Çakıra Bahattin Duran və Tarık Ongün yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını isə Əmrə Eyisoyu yerinə yetirəcək.
Qeyd edək ki, UEFA-nın Serbiyanı cəzalandırdığı oyun boş tribunalar önündə keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31