Azərbaycan - Norveç oyununu ukraynalılar idarə edəcək
13 Noyabr 2014 16:26 İdmanAzərbaycan - Norveç oyununun hakimləri məlum olub. Trend-in məlumatına görə, Avro-2016-nın seçmə mərhələsi çərçivəsində Bakıda keçiriləcək Azərbaycan - Norveç oyununu idarə edəcək hakimlər bəlli olub. Oyunun baş hakimi Yevgeni Aranovski, onun köməkçiləri Aleksandr Voytyuk, Semen Şlonçak, dördüncü hakim Sergey Bekker, əlavə köməkçi hakimlər isə Sergey Boyko və Anatoli Abdula olacaq. Hakimlər briqadası Ukraynadandır. Hakim-inspektor Zoran Petroviç (Serbiya), UEFA nümayəndəsi isə Mehmet Süheyl Önen (Türkiyə) təyin olunub.
Qeyd edək ki, görüş noyabrın 16-da, saat 21:00-da "Bakcell Arena"da keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31