Millimizin baş məşqçisi: “Bizi finala bərabər oyun gözləyir”
13 Noyabr 2014 13:41 İdman19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Slovakiya ilə qarşılaşan millimizin baş məşqçisi Nikolay Adam oyunla bağlı fikirlərini bildirib. Qol.Az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, o, 1:4 hesabı ilə uduzduqları matç haqda bunları deyib: "Slovakiya ilə oyunun çətin keçəcəyini bilirdik. Çünki bu komandanın heyətində rəqibin səhvlərini bağışlamayacaq səviyyədə futbolçular yer alıb. Onlar bütün şanslardan effektli istifadə edirlər. Şənbə günü bizi finala bərabər oyun gözləyir. Sloveniya ilə oyuna ciddi hazırlaşacağıq. Bu matçda qələbə qazanmaq istəyirik. Fikrimcə, bu mümkündür".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31