"Kuban"ın baş məşqçisi istefaya göndərildi

"Kuban" klubunun baş məşqçisi Viktor Qonçarenko istefaya göndərilib. Qol.Az-ın "Onedivision"a istinadən verdiyi məlumata görə, Krasnodar təmsilçisinin son 5 oyunda cəmi bir qələbə qazanması rəhbərliyi narazı salıb. Bu səbəbdən klub rəhbərliyi belaruslu mütəxəssislə yollarını ayırmaq qərarına gəlib. Qonçarenko ötən ilin oktyabrında "Kuban"la 4,5 illik müqavilə imzalamışdı.

Qeyd edək ki, "Kuban" Rusiya Premyer Liqasında geridə qalan 13 turdan sonra 24 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31