Akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi başlayır
12 Noyabr 2014 13:13 İdmanAzərbaycan Gimnastika Federasiyası noyabrın 14-də akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi keçirəcək. Azərbaycan Gimnastika Federasiyasından Trend-ə bildiriblər ki, bu yarışlarda Bakı Gimnastika Məktəbi, "Neftçi" İdman Klubu və Nizami rayon məktəbini təmsil edən 33 gimnast iştirak edəcək. Birincilikdə yeniyetmə və gənclər dərəcəli 6 qadın cütlüyü, 3 qadın qrupu, 3 qarışıq və 6 kişi cütlüyü medallar uğrunda mübarizə aparacaq. Bundan əlavə, Aynur Hüseynova, Nərmin Ramazanova və Lalə Hüseynovadan ibarət qadın qrupu öz nümunəvi çıxışlarını nümayiş etdirəcəklər. Yarışlar saat 10:00-da Bakı Gimnastika Məktəbində başlanacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31