"Yuventus" Tevezlə yeni müqavilə imzalayacaq
11 Noyabr 2014 19:47 İdman"Yuventus" rəhbərliyi komandanın liderlərindən olan Karlos Tevezlə yeni müqavilə imzalamaq niyyətindədir. Lent.az-ın məlumatına görə, bu barədə Turin klubunun icraçı-direktoru Cüzeppe Marotta açıqlama verib: "Karlos anadangəlmə qalibdir. Onun "Yuventus"la hələ 1,5 illik müqaviləsi qalır. Əgər o, qalmaq istəsə, biz onunla yeni sözləşmə imzalayacağıq. Görünən odur ki, Tevez "Yuve"nin formasını geyinməkdən məmnundur".
Qeyd edək ki, Tevez "Yuventus"a 2013-cü ildə "Mançester Siti"dən transfer olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31