Rəqiblər bizi izləyəcəklər

Rəqib komandaların nümayəndələri millimizin oyununu izləyəcəklər. Trend AFFA-nın rəsmi saytına istinadsən məlumat verir ki, Avro-2016-nın seçmə mərhələsi çərçivəsində Bakıda keçiriləcək Azərbaycan - Norveç oyununu millimizin mübarizə apardığı H qrupundakı digər komandaların nümayəndələri də izləyəcəklər. Xorvatiyadan Andrey Panandis və İtaliyadan Françesko Rossa noyabrın 16-da "Bakcell Arena"da olacaqlar.

Qeyd edək ki, Azərbaycan - Norveç oyunu noyabrın 16-da, saat 21:00-da "Bakcell Arena"da keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31