Zədəli Valdesdən xəbər var

"Barselona"nın sabiq qapıçısı Viktor Valdes zədəsini sağaltmaq üzrədir.  Qol.az xəbər verir ki, bu barədə ispan qolkiper Tvitter hesabından yazıb. Hazırda "Mançester Yunayted"in məşqlərində iştirak edən V.Valdes tez bir zamanda yaşıl meydanlara qayıdacağını deyib: "Mançester Yunayted"də məşqlər yaxşı keçir. Demək olar ki, hazıram. Uzun müddət mənə mesajlar göndərərək dəstək olan azarkeşlərə təşəkkürümü bildirirəm".

Qeyd edək ki, V.Valdes zədəsini tam sağaltdıqdan sonra MY ilə müqavilə imzalayacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31