Millimiz Avropa çempionatına bərabərliklə başladı
11 Noyabr 2014 13:59 İdmanBu gün 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının ilkin seçmə mərhələsində ilk oyununu keçirib. Qol.az xəbər verir ki, komandamız Dunaujvaroş şəhərində meydan sahibləri Macarıstan yığması ilə qarşılaşıb. Oyun 1:1 hesablı bərabərliklə başa çatıb.
10 noyabr
Avropa çempionatı, seçmə mərhələ oyunu
21:00. Macarıstan - Azərbaycan - 1:1
Qol: Baloq, 37 (1:0), Budaq Nəsirov, 85 (1:1)
Qırmızı vərəqə: Zsöter, 90+2 (Macarıstan)
Hakimlər: Con Biton, Qraeme Stüart (hər ikisi Şotlandiya), David Morhaim (İsrail)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31