"Qarabağ"ın futbolçusu İtaliya və Fransaya qarşı

"Qarabağ"ın futbolçusu Ansi Aqolli növbəti dəfə Albaniya millisinə çağırılıb.  Qol.az  xəbər verir ki, təcrübəli müdafiəçi Fransa və İtaliyaya qarşı yoldaşlıq matçları üçün milliyə dəvət alıb. Xatırladaq ki, bundan əvvəl A.Aqolli "Avro-2016"nın seçmə mərhələsində Portuqaliya və Serbiya ilə oyunlarda milliyə çağırılıb.

Qeyd edək ki, Albaniya millisi noyabrın 14-ü Fransa, 4 gün sonra isə İtaliya ilə qarşılaşacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31