Əfsanəvi futbolçu oğlunun baş məşqçisi oldu

Əfsanəvi futbolçu, İsveç yığmasının və "Barselona"nın sabiq hücumçusu Henrik Larsson məşqçiliyə başlayıb. Lent.az-ın məlumatına görə, 43 yaşlı Larsson ölkəsinin "Helsinborq" klubunun sükanı arxasına keçib. Roara Hanseni əvəzləyən keçmiş "7 nömrə"nin qarşısına komandanın yüksək yerlərdən birini tutmaq missiyası qoyulub.
Qeyd edək ki, Larssonun oğlu Cordan "Helsinborq"da çıxış edir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31