Məşhur yazar "Qarabağ"dan danışdı

""Qarabağ" yaxşı oynayırdı, sadəcə rəqibin sanki 13-14 futbolçusu var idi"

Məşhur idman yazarı və teleaparıcı Güntəkin Onay "Qarabağ"ın Avro Liqadakı oyunu ilə bağlı şərh verib. Anspress-in məlumatına görə, "NTV Spor" kanalının aparıcısı təmsilçimizin oyunlarını mütamadi olaraq izlədiyini və "Qarabağ"ın oynunu qaçırmadığını söyləyib. Güntəkin Onay oyun barəsində danışarkən hakimi tənqid edib: "Oyun haqqında onu deyə bilərəm ki, Hakim çox bəsit oyunu idarə edirdi. "Qarabağ" yaxşı oynayırdı sadəcə rəqibin sanki 13-14 futbolçusu var idi".

Qeyd edək ki, Azərbaycan təmsilçisi "Qarabağ" Avropa Liqasının qrup oyunlarındakı növbəti oyununda evində "Dnepr"ə məğlub olub. Matçdan 1:2 hesabı ilə məğlub ayrılan Ağdam təmsilçisi qrupdakı vəziyyətini çətinə salıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31