AFFA prezidenti: "Azərbaycanda hakimin qəsdən səhv etməsinin kökünü kəsmişik"
7 Noyabr 2014 13:23 İdmanAzərbaycanın futbol hakimlərinin səviyyəsi Avropa çempionatlarındakı hakimlərdən yüksəkdir. Trend-in məlumatına görə, bunu AFFA prezidenti Rövnəq Abdullayev Premyer Liqada təmsil olunan "Araz-Naxçıvan" komandasının fəaliyyətinin dayandırılmasında hakim səhvlərinin olması məsələsinə münasibət bildirərkən jurnalistlərə deyib. R.Abdullayev bildirib ki, səhvsiz hakim yoxdur: "Lakin biz Azərbaycanda hakimin qəsdən səhv etməsinin kökünü kəsmişik. Sağlam gənc hakimlərin sayını artırmışıq. "Oynamıram" deyib, elə bəhanəni hakimin boynuna atmaq düzgün deyil".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31