Rövnəq Abdullayev: Azərbaycan millisinin yeni baş məşqçisi əcnəbi olacaq
7 Noyabr 2014 13:08 İdmanAzərbaycanın futbol üzrə millisinin yeni baş məşqçisi əcnəbi olacaq. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə AFFA prezidenti Rövnəq Abdullayev deyib. Onun sözlərinə görə, orta səviyyəli məşqçi ilə bir illik müqavilə bağlanacaq, bu yoxlanışdan sonra qərar veriləcək: "Belə bir məsəl var, atları yarı yolda dəyişməzlər. Berti Foqts bizi pis vəziyyətdə qoydu. Yarı yolda qoyub getdi. İndi yeni baş məşqçi ilə bağlı fikirləşirik". "Qarabağ"- "Dnepr" oyununu şərh edərkən isə R.Abdullayev deyib ki, "Qarabağ" yaxşı oynadı, sadəcə bəxti gətirmədi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31