Ərsun Yanal "Trabzonspor"da?
7 Noyabr 2014 12:50 İdman"Trabzonspor"da Vahid Halilodziçə qarşı etirazlar pik nöqtəyə çatıb. Goal.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsi çərçivəsində səfərdə "Lokeren"lə bərabərə qalan "bordo-mavililər"in rəhbərliyi bosniya və herseqovinalı mütəxəssislə yolları ayırmağa hazırlaşır. Belçika səfərində Oskar Kardozonu ehtiyatda saxlayan və hakim tərəfindən tribunaya göndərilən Halilodziç klub rəhbərliyinin səbir kasasını daşırıb. Bu səbəbdən artıq təcrübəli çalışdırıcının yerinə namizəd axtarılır. Türkiyə mətbuatının iddiasına görə, rəhbərlik ötən mövsüm "Fənərbağça"nı çempion edən Ərsun Yanalı 2 milyon avroya razı salıb. Halilodziçin istefasından dərhal sonra Yanalla müqavilə imzalanacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31