"Millinin heyətini görəndə şoka düşdüm"

"Sumqayıt"ın qapıçısı Andrey Popoviç futbol üzrə Azərbaycan yığmasının AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Norveçlə oyun üçün açıqlanmış heyətindən danışıb.  Azerisport.az-a istinadən xəbər verir ki, o, əsas komandamıza dəvət almaması ilə bağlı bunları söyləyib: "Bu, Mahmud Qurbanovun qərarıdır. Amma mən milliyə dəvət olunacağımı gözləyirdim. Niyə çağırılmadığımın səbəbini bilmirəm. Açıqlanan heyətə gəlincə, güclü heyətdir. Yenə deyirəm ki, Azərbaycan yığmasının heyətinə baxanda, öz adımı orada görməyincə şoka düşdüm. Hər şeyə rəğmən, Norveçlə oyunda ən azı bir xal qazanacağımıza əminəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31