Namiq Yusifov: "Bizə yuxarıdan aşağı baxırdılar"

"Rəqibin iki-üç qol epizodu oldu ki, bundan da maksimum yararlandılar. Oyunumuz pis alınmadı. Ancaq heç-heçə ədalətli nəticə olardı". Milli.Az xəbər verir ki, bu sözləri qol.az-a açıqlamasında "Qarabağ" klubunun yarımmüdafiəçisi Namiq Yusifov Avropa Liqasının qrup mərhələsində məğlub olduqları "Dnepr"lə görüşdən (1:2) sonra deyib. N.Yusifov bu dəfə rəqib komandanın daha yaxşı oynadığını bildirib: "Fasilədən sonra rəqib heyətdə dəyişiklik edərək hücuma atıldı. Komandada yorğunluq yox idi. Kənardan necə göründüyümüzü deyə bilmərəm. Meydanda istədiyimiz oyun gedirdi. Arxayınlıqdan söhbət belə gedə bilməz. Hər kəs bu oyunun əhəmiyyətini yaxşı dərk edirdi. Sadəcə rəqib bu dəfə daha yaxşı oynadı və qol imkanlarından maksimum istidadə etdilər. Ola bilər ki, onlar ilk oyunda bizə yuxarıdan aşağı baxırdılar. Lakin bu dəfə bizə daha ciddi yanaşdılar". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31