4-ü davam, 7-si tamam
7 Noyabr 2014 12:42 İdmanAvropa Liqasının qrup mərhələsinin IV turunun oyunlarından sonra 11 komandanın taleyinə aydınlıq gəlib. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, 12 qrupda mübarizə aparan 48 komandadan 4-ü 1/16 finala vəsiqəni təmin edib. Belə ki, D qrupunda "Zalsburq" (Avstriya), E qrupunda "Dinamo" (Moskva, Rusiya), K qrupunda "Fiorentina" (İtaliya), L qrupunda "Legiya" (Polşa) son iki turun nəticələrindən asılı olmayaraq, qrupda ilk 2 pillədən birini tutacaq. Daha 7 komanda üçün də IV tur həlledici olub. Lakin bu komandalar 1/16 finala vəsiqəni deyil, mübarizəni dayandıracağını rəsmiləşdirib. C qrupunda "Partizan" (Serbiya), D qrupunda "Astra" (Rumıniya), E qrupunda "Panatinaikos" (Yunanıstan), İ qrupunda "Slovan" (Slovakiya), J qrupunda "Rio-Ave" (Portuqaliya), K qrupunda "Dinamo" (Minsk, Belarus), L qrupunda "Metallist" (Ukrayna) üçün son iki tur formal xarakter daşıyacaq.