"Qarabağ"ın oyununda qəza
11-ci sektorun dəmir qapısı aşıb, 1 nəfər xəsarət alıb
7 Noyabr 2014 09:13 İdmanUEFA Avropa liqasinin qrup mərhələsinin növbəti oyunu zamanı Bakıda keçirilən "Qarabağ" - "Dnepr" oyunu zamanı bədbəxt hadisə qeydə alınıb.ANS PRESS-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, oyundan öncə stadiona azarkeşlərin girişi zamanı sıxlıq yaranıb.Stadionun 11-ci sektoruna buraxılışı nəzərdə tutan dəmir qapının aşması nəticəsində bir nəfər xəsarət alıb.Yaralı gənc təcili tibbi yardımla 1 saylı şəhər xəstəxanasına aparılıb. Xəstəxanadan aldığımız məlumata görə, hadisə vaxtı xəsarət alan Samir Miriyev müayinə olunur.Hələlik onun aldığı xəsarətlərin dərəcəsi müəyyən edilməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31