“Qarabağ” FK-dan jurnalistlərə: “Media bileti və akkreditə vərəqini unutmayın”

Avroliqanın IV turu çərçivəsində baş tutacaq "Qarabağ"  - "Dnepr" qarşılaşması ilə bağlı "Qarabağ" FK-nın rəhbərliyi KİV-ə müraciət edib. Müraciətdə bildirilir: "Məlum olduğu kimi "Qarabağ" - "Dnepr" oyununa maraq həddindən artıq böyükdür. "Qarabağ" Futbol Klubu olaraq, media mənsublərının rahatlığının təmin olunması üçün oyuna gəldikləri zaman qeyd olunanları nəzərə almağı xahiş edir. Qeydiyyatdan keçmiş media mənsublardan xahiş edirik ki, oyuna gəldiyiniz zaman məxsusi olaraq KİV üçün nəzərdə tutulmuş 13-cü qapıya yaxınlaşsınlar. 13-cü qapıdan sadəcə "media" qeydiyyatı olanlar buraxılacaqdır. Oyuna gələn zaman media biletiylə yanaşı akkreditə vərəqəsini də (bacik) özləriylə götürməyi unutmasınlar. Bilet və ya bacikin biri olmadığı halda media sektora daxil olmaq mümkün olmayacaq. "Qarabağ" FK-nın mühafizə xidmətinin əməkdaşları və styuvardlar sizin çalışma şərtlərinin rahatlığını təmin etmək üçün çalışacaqlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31