Çempionlar Liqası: İngiltərədə sensasiya, Messinin ayağı açıldı VIDEO

Çempionlar Liqasında IV turun oyunlarına yekun vurulub. Qol.az  xəbər verir ki, son oyun günündə daha 8 qarşılaşma keçirilib. E qrupunda "Mançester Siti" Moskva CSKA-sını qəbul edib və rəqibinə 1:2 hesabı ilə uduzub. Qrupun digər oyununda "Roma" "Bavariya"nın qonağı olub. Bu oyun isə meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 2:0. F qrupunda PSJ doğma meydanda APOEL-i sınağa çəkib. Edinson Kavaninin matçın 2-ci dəqiqəsində vurduğu qol Paris təmsilçisinə qələbə qazandırıb. "Barselona" isə səfərdə "Ayaks"a qalib gəlib - 2:0. G qrupunda "Maribor" "Çelsi" ilə 1:1 bərabərə qalıb. "Sportinq" doğma azarkeşləri önündə "Şalke"ni qəbul edib və inamlı qələbəyə sevinib - 4:2. H qrupunda "Şaxtyor" öz meydanında BATE ilə qarşılaşıb. Rəqibinə heç bir şans verməyən Donetsk təmsilçisi böyükhesablı qələbə qazanıb - 5:0. "Portu" isə səfərdə "Atletik"i 2:0 hesabı ilə məğlub edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31