NBA: “Memfis”dən ardıcıl 5-ci qələbə, “Vaşinqton” son anda sevindi

NBA-nın 2014-15 mövsümü çərçivəsində növbəti turun oyunları keçirilib. Lent.az-ın məlumatına görə, "Sakramento" öz meydanında "Denver"lə qarşılaşıb və rahat qələbə qazanıb - 131:109. "Finiks"in qonağı olan "Memfis" azarkeşlərini sevindirərək, qələbə seriyasını 5-ə çatdırıb. Ən gərgin matç isə "Vaşinqton" və"İndiana" arasında baş tutub. Meydan sahibləri yalnız əlavə vaxtda qələbəni təmin edə biliblər - 96:94.  Qeydə alınan nəticələrlə sizi tanış edirik:

"Qolden Steyt Uorriorz" - "Los Anceles Klippers" 121:104
"Sakramento Kinqz" - "Denver Naqqets" 131:109
"Yuta Caz" - "Klivlend Kavalyers" 102:100
"Finiks Sanz" - "Memfis Qrizzlis" 91:102
"San-Antonio Spyors" - "Atlanta Houks" 94:92
"Miluoki Baks" - "Çikaqo Bullz" 86:95
"Vaşinqton Uizards" - "İndiana Peysers" 96:94
"Bruklin Nets" - "Minnesota Timbervulz" 91:98
"Detroyt Pistons" - "Nyu-York Niks" 98:95
"Boston Seltiks" - "Toronro Reptors" 107:110

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31