Yığmamızın oyunçusu A seriyasında debüt etdi

Qadın voleybolçular arasında İtaliya A seriyasına start verilib. Apasport.az xəbər verir ki, çempionatın ilk turu Azərbaycan millisinin blokçusu Anna Nazarenko üçün uğursuz alınıb. Belə ki, "Forli"nin heyətində A seriyasında debüt edən təmsilçimiz səfərdə "Modena"ya uduzub. Ev sahibləri Nazarenkonun komandasına heç bir set belə güzəştə getməyiblər - 3:0 (25:19; 25:19; 25:16). Anna isə qarşılaşmada 6 xal toplayıb.

Qeyd edək ki, Nazarenko "Forli"yə Polşanın PTPS Pila klubundan transfer olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31