Ulduz futbolçu 25 il azadlıqdan məhrum oluna bilər

"İnter"in keçmiş hücumçusu Adriano narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ittihamı ilə həbs oluna bilər. Goal.az  xəbər verir ki, futbolçu saxta sənədlərin hazırlanmasında da şübhəli bilinir. Narkotik ticarəti ilə bağlı şübhələr isə yaxın günlərdə meydana gəlib. Hər iki cinayətə görə forvardı 25 il azadlıqdan məhrumetmə cəzası gözləyir. Xatırladaq ki, məhkəmə keçirilənə qədər o, azadlıqda qalacaq. Prokuratura onu həbs etməyə lüzum görməyib. Araşdırmalara görə, Adriano narkotik ticarətçlərindən motosiklet alıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31