"Azərbaycan millisindən təklif almışam"

AFFA türkiyəli mütəxəssis Yılmaz Vurala yenidən təklif göndərib. Qol.az xəbər verir ki, bu barədə Y.Vuralın özü "TRT Radio 1"də yayımlanan "Həftənin ardından" proqramına açıqlamasında deyib. O, millimizlə yanaşı, Qətər klublarından birindən də təklif aldığını bildirib: "Azərbaycan millisindən təklif almışam. Amma bu ölkədə, təəssüf ki, dəyərimizi anlamırlar. Qətər klublarından biri də mənimlə maraqlanır. Əgər razılıq əldə olunarsa, böyük ehtimalla Qətərdə işləyəcəm".

Qeyd edək ki, Y.Vural AFFA-nın ötən ilin oktyabrında ona təklif göndərdiyini və millimizlə razılığa gəldiyini demişdi. Türkiyəli mütəxəssis alman lobbisinin onun Azərbaycanda çalışmasının qarşısını aldığını bildirmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31