"Qalatasaray" azarkeşlərini zopa ilə döydülər

Çempionlar Liqasının qrup mərhələsində dünən keçirilən "Borussiya" - "Qalatasaray" matçından sonra hər iki komandanın azarkeşləri arasında insident yaşanıb. Qol.az xəbər verir ki, "Cim-Bom" azarkeşləri bir qrup Dortmund azarkeşi tərəfindən hücuma məruz qalıblar. "Borussiya"lı fanatlar əllərindəki zopa ilə türk azarkeşlərin olduğu tribunaya gedib və onları döyüblər. Alman polisinin müdaxiləsindən sonra davanın daha da böyüməsinin qarşısı alınıb. İnsident zamanı bəzi azarkeşlərin yaralandığı bildirilib.

Qeyd edək ki, "Borussiya" - "Qalatasaray" oyunu meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31