Braziliya və Azərbaycan arasında Fəaliyyət Planı imzalandı
5 Noyabr 2014 16:40 İdmanGənclər və idman naziri Azad Rəhimov Braziliya Federativ Respublikasının idman naziri Aldo Rebelonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Nazirlikdən "OLAYLAR"-a bildirilib ki, hər iki ölkənin naziri bir sıra mövzular ətrafında müzakirələr apararaq, tərəflər arasında qarşılıqlı əməkdaşlığın vacibliyindən söz açıblar. Azad Rəhimov deyib ki, Bakıda keçirilən Humanitar Forumda, Gənclər Siyasəti üzrə I Qlobal Forumunda və digər beynəlxalq layihələrdə braziliyalı gənclər çox aktiv iştirak edib və onlarla səmərəli görüşlər keçirilib. Braziliya Federativ Respublikasının idman naziri Aldo Rebelo Bakıda olmaqdan məmnunluq hissini dilə gətirib, bu şəhərin qədim ənənələrə malik olduğunu bildirib. Müzakirələrdən sonra hər iki ölkənin naziri ikitərəfli əməkdaşlıq haqqında fəaliyyət planı imzalayıb.