Almaniyada keçirilən boks üzrə dünya çempionatında həmyerlimizin uğuru
5 Noyabr 2014 14:42 İdmanAlmaniyanın Leypziq şəhərində boks idman növü üzrə dünya çempionatı keçirilib. Almaniyadakı Azərbaycan Diasporunun Mərkəzi Şurasından "OLAYLAR"-a verilən məlumata görə, çempionatda Almaniyada fəaliyyət göstərən idman məşqçisi Şamil Kərimovun yetirmələri Saşa Kərimov, İsfəndiyar İmranov və digər idmançılar peşəkar rinqdə rəqiblərinə vaxtından əvvəl qalib gələrək Azərbaycan bayrağını zirvələrə qaldırıblar.
Qeyd edək ki, çempionatda həmyerlimiz, Almaniyadakı Azərbaycan Diasporunun Mərkəzi Şurasının sədri Tengis Sade zu Romkerhall Boks Federasiyası tərəfindən hakim təyin edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31