Milli üzvləri "Dnepr"lə oyunda "Qarabağ"ın yanında olacaqlar
5 Noyabr 2014 11:58 İdmanAvro-2016-nın seçmə mərhələsi çərçivəsində noyabrın 16-da, saat 21:00-da, "Bakcell Arena"da Norveç yığması ilə qarşılaşacaq Azərbaycan milli komandası Bakıda təlim-məşq toplanışını davam etdirir. Trend AFFA-ya istinadən xəbər verir ki, toplanış çərçivəsində milli komanda ölkəmizi Avropa Liqasının qrup mərhələsində təmsil edən "Qarabağ"a dəstək olacaq. Milli komandanın üzvləri noyabrın 6-da, saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Dnepr" (Ukrayna) qarşılaşmasını stadiondan canlı izləyəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31