"İstefa haqda düşünmürəm"

"Bu cür məğlubiyyətə layiq deyildik. İstanbuldakı oyundan sonra çox çalışmışdıq, oyuna yaxşı hazırlaşmışdıq. Ancaq gözləmədiyim məğlubiyyətlə üzləşdik". Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Qalatasaray"ın baş məşqçisi Çezare Prandelli Dortmund "Borussiya"sına məğlub olduqları oyundan (1:4) sonra keçirdiyi mətbuat konfransında deyib. İtaliyalı mütəxəssis azarkeşlərin onun ünvanına istefa şüarları səsləndirməsinə də münasibət bildirib: "Bu oyunda bütün gücümüzü ortaya qoyduq. Bilirəm, səhvlərimiz də var. İşimizə davam edirik. İstefa haqda düşünmürəm". Prandelli qeyd edib ki, əsas hədəfləri Superliqanın qalibi olmaqdır: "Ötən mövsümlə müqayisədə hazırkı heyətimiz zəifdir. Onsuz da əsas hədəfimiz Superliqanın qalibi olmaqdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31