“Fənərbağça” ulduz futbolçuya təklif göndərdi
4 Noyabr 2014 19:15 İdman"Mançester Yunayted"in hollandiyalı futbolçusu Robin van Persi karyerasını Türkiyədə davam etdirə bilər. Lent.az-ın məlumatına görə, 31 yaşlı hücumçu ilə "Fənərbağça" yaxından maraqlanır. İstanbul klubu van Persini qış transferi dövründə heyətinə qatmağı arzulayır. Qarşı tərəfə bununla bağlı rəsmi təklif artıq göndərilib. "Mançester Yunayted" rəhbərliyinin də hollandiyalı ilə yolları ayırmağa razı olduğu bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31