“Qarabağ” FK KİV-ə müraciət etdi

"Qarabağ" FK-nun rəhbərliyi Avropa Liqasının qrup mərhələsinin IV tur çərçivəsində baş tutacaq "Qarabağ" - "Dnepr" oyunu üçün akkreditasiya barədə KİV-ə müraciət edib. "Olaylar"-ın məlumatına görə, müraciətdə bildirilir ki, matça akkreditə olmaq üçün mənsub olduğu qurumun vəsiqəsini təqdim etmək lazımdır. Futbol profilli mətbu orqanlara 2, qeyrilərinə 1 akkreditasiya veriləcək. Əgər hansısa mətbu orqan əlavə olaraq akkreditasiya istəsə (vəsiqəni təqdim etməklə) mətbuat nümayəndələri üçün ayrılmış xüsusi sektora dəvətnamə götürə bilərlər. Oyunda qeydiyyatdan keçəcək fotoqraflar üçün UEFA-dan göndərilmiş press-jileti veriləcək. Bunun müqabilində isə fotorqrafların hansısa sənədi akkreditasiya zamanı klub rəhbərliyinə təqdim etməlidirlər. Oyundan sonra jiletlər geri verildiyi zaman sənədlər də geri qaytarılacaq. Yayım hüququna malik olmayan TV-lər kameralarla oyun çəkilişinə icazə verilmir. TV-lər ancaq oyun sonrası "miks" zonada və mətbuat konfranslarında çəkiliş apar bilərlər. Akkreditasiya qeydiyyatı üçün tarix noyabrın 3, 4 və 5-ni əhatə edir. Ünvan: Suraxanı qəsəbəsi, "Qarabağ"-ın bazası (Suraxanı İcra hakimiyyətinin yanı, Tofiq İsmayılov adına stadion).

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31