Azərbaycan idmanında ağır itki
4 Noyabr 2014 15:04 İdmanAzərbaycan idmanına ağır itki üz verib. Apasport.az xəbər verir ki, veteran velosipedçi Ələddin Şabanov 70 yaşında dünyasını dəyişib. O, bu gün dəfn olunacaq. İdman ustası olan Şabanov pedaqoji elmlər namizədi idi. O, 50-dən artıq elmi məqalənin müəllifi, müxtəlif konfrans və simpoziumların iştirakçısı olmuşdu. Azərbaycan Velosiped İdmanı Federasiyası ölkəmizdə velosiped idmanının inkişafında xüsusi xidmətləri olmuş Ələddin Şabanovun vəfatından kədərləndiyini bildirir, mərhumun ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31