Prandellinin son şansı

"Qalatasaray"ın baş məşqçisi Çezare Prandellini istefaya səsləyənlərin sayı günbəgün artır. Lent.az-ın məlumatına görə, İstanbul klubunun rəhbərliyi də artıq təngə gəlib. Türklər Prandelliyə son şans veriblər. Əgər "Qalatasaray" Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində bu gün Dortmund "Borussiya"sı ilə keçiriləcək matçda məğlub olsa, italyan çalışdırıcı postunu tərk edəcək. Onun yerinə isə türkiyəli məşqçinin keçəcəyi gözlənilir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31